Prezident Vaqif Sadıqovu Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndəsi təyin edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Vaqif Sadıqovu Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndəsi təyin edib

18:50 - 27 / 01 / 2016
Prezident Vaqif Sadıqovu Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndəsi təyin edib

Prezident İlham Əliyev Vaqif İsmayıl oğlu Sadıqovun Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilməsi haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilsin”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 yanvar 2016-cı il.

1news.az

 

Paylaş:
980

Son xəbərlər

Bütün xəbərlər