Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

19:12 - 27 / 01 / 2016
Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat naziri Şahin Mustafayev “Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi” mövzusunda konfransda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akatı qəbul edib.

1news.az-ın məlumatına görə, görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, xüsusilə iş adamları arasında əlaqələrin genişləndirilməsi, eləcə də 2016-cı ildə Türkiyədə keçiriləcək müxtəlif tədbirlərdə Azərbaycan iş adamlarının iştirakı və birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkun iştirak edib.

1news.az

 

Paylaş:
734

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər