AMEA-da Elm və Texnologiya Parkı yaradılır | 1news.az | Xəbərlər
Cəmiyyət

AMEA-da Elm və Texnologiya Parkı yaradılır

20:54 - 27 / 01 / 2016
AMEA-da Elm və Texnologiya Parkı yaradılır

Yanvarın 27-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə müzakirə olunan məsələlərdən biri AMEA-nın İşlər İdarəsində Elm və Texnologiya Parkının yaradılması ilə bağlı olub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elmi-innovativ fəaliyyətin gücləndirilməsi, elm və istehsalat əlaqələrinin müasir tələblər səviyyəsinə qaldırılması təşkil edir.

Qeyd olunub ki, beynəlxalq təcrübəyə əsasən innovativ layihələr ilk olaraq müvafiq qaydada təsis edilmiş elmi-texniki şurada ekspertizadan keçirilməli, daha sonra ideya, konsept, prototip və hazır məhsul mərhələlərinə müvafiq olaraq biznes inkubasiya mərhələsinə təqdim olunmalı, texnologiyaların transferi funskiyası üzrə inkişaf etdirilməli və prototipin müsbət rəy almasından sonra sənayedə kütləvi istehsal üçün hazırlanmalıdır.

Bu baxımdan AMEA-da innovasiya siyasətinin hazırlanması və icrası, eləcə də müvafiq tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə fəaliyyət göstərən İnnovasiya şöbəsi ilə yanaşı, yuxarıda göstərilən innovativ prosesin praktik təcrübədə həyata keçirilməsini təmin edən müvafiq struktur qurumun yaradılması zəruridir.

Qeyd olunanları nəzərə alaraq, həmçinin innovativ layihələrin sənayeyə tətbiqi mexanizmlərinin qurulması, real təcrübə-konstruktor işlərinin aparılması və elmi-texniki yeniliklərin sənaye üçün kütləvi istehsala hazır vəziyyətə gətirilməsinə nəzarəti təmin etmək məqsədilə Rəyasət Heyəti İşlər idarəsində Elm və Texnologiya Parkının yaradılması və Əsasnaməsinin təsdiq edilməsi haqqında qərar qəbul edib.

1news.az

 

Paylaş:
813

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər