Qara görə yolda qalan 4 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qara görə yolda qalan 4 nəfər xilas edilib

09:59 - 27 / 01 / 2016
Qara görə yolda qalan 4 nəfər xilas edilib

Güclü qarın yağmasına görə yolda köməksiz qalan şəxslər xilas edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat veriblər.

Məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qəbələ rayonu, Laza kəndinə yağan güclü qar nəticəsində yolda  avtomobilin 4 nəfərlə sürüşərək yolun kənarında qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq müvafiq köməklik göstərilib.

1news.az

Paylaş:
630

Son xəbərlər

Bütün xəbərlər