Azərbaycanda güclü vulkan püskürməsinin görüntüləri yayıldı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda güclü vulkan püskürməsinin görüntüləri yayıldı – FOTO – VİDEO

10:16 - 27 / 01 / 2016
Azərbaycanda güclü vulkan püskürməsinin görüntüləri yayıldı – FOTO – VİDEO

Azərbaycanın Hacıqabul rayonundakı Axtarma-Paşalı vulkanının püskürməsinin görüntüləri yayılıb.

1news.az-ın məlumatına görə, hadisə şahidlərindən birinin çəkdiyi videoda vulkanın ətrafa tüstü və od püskürdüyü aydın görünür.

Xatırladaq ki, dünən gecə saat 03.00 radələrində  qeydə alınan püskürmə səhər saatlarına qədər davam edib. Odla müşayiət olunan vulkanın tullantıları 30-35 metr hündürlüyə qədər qalxıb, ətraf ərazilərdən aydın müşahidə olunub.

Udulu qəsəbəsi ərazisində püskürən vulkan Azərbaycanın ən böyük vulkanlarından biridir. Bundan əvvəl - 2013-cü ilin aprel ayında püskürən vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir, cənub-şərqi Şirvan ərazisindədir. Vulkan palçığının orta qalınlığı 1 metr 20 sm-dir və 18 hektar sahəni örtüb.

1news.az

Paylaş:
918

Son xəbərlər

Bütün xəbərlər