Musa Qasımlı AMEA Qafqazşünaslıq İnstitutunun rəhbəri təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Musa Qasımlı AMEA Qafqazşünaslıq İnstitutunun rəhbəri təyin edilib

22:57 - 27 / 01 / 2016
Musa Qasımlı AMEA Qafqazşünaslıq İnstitutunun rəhbəri təyin edilib

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclasda kadr məsələlərinə də baxılıb.

Rəyasət Heyətinin qərarı ilə AMEA-nın vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru, akademik İbrahim Quliyev AMEA Neft və Qaz İnstitutunun direktoru vəzifəsini, tarix üzrə elmlər doktoru, millət vəkili Musa Qasımlı AMEA Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsini icra edən, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov isə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini təyin olunub.

1news.az

 

Paylaş:
1614

Son xəbərlər

Bütün xəbərlər