Diqqət! Bakıda 15 yaşlı qız itkin düşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Diqqət! Bakıda 15 yaşlı qız itkin düşüb - FOTO

11:57 - 27 / 01 / 2016
Diqqət! Bakıda 15 yaşlı qız itkin düşüb - FOTO

Bakı şəhərində 2000-ci il doğumlu Telli Axranova itkin düşüb.

“Biz Sumqayıt şəhərində yaşayırıq Telli 25 yanvar axşam saat 6 radələrində evdən çıxıb və Bakı-Sumqayıt qararına minib. Son dəfə biz onu “28 May” metrostansiyasında kameraya düşən görüntülərdən gördük”, deyə qızın əmisi oğlu İlkin Qasımov deyib.

Onun sözlərinə görə Telli görüntülərdə olduğu kimi geyinmişdi. Onun əynində tünd göy gödəkcə, qırmızı yun toxunma şərf və başında ağ naxışlı papaq var idi.

Telli Rusiyada valideynləri ilə yaşayır, 3 ay əvvəl Azərbaycana qohumlarının evinə  qonaq gəlib.

İ.Qasımovun sözlərinə görə qohumlar kömək üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər. Lakin təəssüf ki, hələ onun haqqında heç bir məlumat yoxdur.

“Telli demək olar ki, Azərbaycan dilində danışmır. Xahiş edirik ki, onu görənlər bizə müraciət etsin”, - deyə, İ.Qasımov müraciət edib.    

T. Axranovanı görənlər  bu nömrə ilə əlaqə saxlaya bilər: (055) 9492030

Əgər Tellini görmüsünüz, yaxud  haqqında nə isə bilirsinizsə  zəhmət olmasa qeyd olunan nömrə ilə yaxud bizimlə əlaqə saxlayın.

1news.az

Paylaş:
2736

Son xəbərlər

Bütün xəbərlər