“BakuBus”-ın avtobuslarının daşa basılmasına görə cinayət işi açılıb
“BakuBus” MMC-yə məxsus avtobusların daşa basılması faktı ilə əlaqədar cinayət işi açılıb.
Bu barədə 1news.az-a “BakuBus”ın mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, hadisə baş verəndən dərhal sonra faktla bağlı Nəsimi rayon Polis İdarəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb, lakin hələlik şübhəli şəxs qismində saxlanılan yoxdur.
Qeyd edək ki, yanvarın 23-də “BakuBus” MMC-yə məxsus 3 ədəd 14 saylı avtobus içərisində sərnişinlərlə birlikdə 17:00-17:20 radələrində Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində daşa basılıb.
Nəticədə avtobus sərnişini olan bir xanım başından və gözündən xəsarət alıb, avtobuslara isə ziyan dəyib.
1news.az
675