Yol Polisi Bakıda nəqliyyat üçün problem yarana biləcək yolların siyahısını açıqlayıb
Yağan qar Bakı yollarında avtonəqliyyatın hərəkətində müəyyən çətinlik yaratsa da, ümumilikdə paytaxtda nəqliyyatın hərəkəti normaldır.
Bu haqda 1news.az-a Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri polkovnik Vaqif Əsədov məlumat verib. Nəqliyyat üçün problemli ola biləcək yollar şəhərin yüksəklik ərazilərində, əsasən Yasamal və Xətayi rayonları ərazisindəki maili yollardır.
“Yollar qardan təmizlənir. Ümumilikdə Bakı yollarında hərəkətin orta sürəti azaldılıb və avtomobillərin sayı artıb. Həmçinin bəzi sürücülərin peşəkarlığının qənaətbəxş olmaması da YNH-nin yaranmasına səbə olur”,- V. Əsədov bildirib.
Şöbə müdiri qeyd edib ki, qarlı havada piyadalar yol hərəkəti qaydalarına xüsusilə riayət etməli, yol hərəkət olan hissəsinə çıxmamalıdırlar. Valideynlər uşaqlara nəzarət etməli onların nəqliyyatın çox olduğu yerdə oynamasına izn verməməlidir.
“Sürücü qarlı yola çıxıbsa onun sürəti az olmalı, özündən əvvəl gələn maşınla məsafəni qorumalıdır. Ümumilikdə, yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalı çox olduğundan sürücülərə şəxsi avtomobildən az istifadə etmək tövsiyyə olunur.
1news.az