“Credit Suisse”: “Brent”in bu il üzrə orta qiyməti 36,25 dollar olacaq
“Credit Suisse” maliyyə qurumunun analitikləri xam neftin qiymətinin hələ ki ən aşağı həddə düşmədiyi qənaətindədirlər.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, qurumun enerji mütəxəssisi Jan Stuart “Brent” markalı neftin qiyməti ilə bağlı bu ilin ilk rübü üzrə proqnozunu 51,25 dollardan 29,25 dollara, “Layt”ın qiymətini isə 47,50 dollardan 30 dollara salıb.
“Credit Suisse” həmçinin, “Brent”in bu il üzrə orta qiymətinin 36,25 dollar, 2017-ci ildə isə 54,25 dollar olacağını açıqlayıb.
Qeyd edək ki, “Credit Suisse”lə yanaşı digər maliyyə qurumları “Bank of America Merill Lynch”, “Barclays”, “HSBC” və “Citi” də yaxın gələcək üçün neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıblar.
1news.az
539