Malena Mard: “Avropa İttifaqı öz bazarında Azərbaycan məhsullarını görmək istəyir” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Malena Mard: “Avropa İttifaqı öz bazarında Azərbaycan məhsullarını görmək istəyir”

1news Redaksiyası15:20 - 28 / 01 / 2016
Malena Mard: “Avropa İttifaqı öz bazarında Azərbaycan məhsullarını görmək istəyir”

Avropa İttifaqının bazarı böyükdür, o öz bazarında Azərbaycanın kənd təsərrüfatı məhsullarını görmək istəyir.

1news.az-ın AZƏRTAC-a xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard jurnalistlərə deyib.

O bildirib ki, Avropa İttifaqının bazarı çox böyükdür və bu bazarın əhatə etdiyi ərazidə 500 milyondan çox əhali yaşayır:

“Azərbaycanda baş verən müsbət dəyişiklikləri görərək düşünürük ki, bu ölkənin məhsulları bizim tələbatımızı ödəyə biləcək”.

Malena Mard qeyd edib ki, Avropa İttifaqı ərzaq təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlıq edir. Avropada ərzaq təhlükəsizliyi çox ciddi məsələdir. Bu sahədə birgə əməkdaşlığın nəticəsi olaraq əminik ki, Azərbaycan Avropaya öz keyfiyyətli məhsullarını təqdim edəcək.

1news.az

Paylaş:
802

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər