Şəmkirdə avtomobildən Türkiyə vətəndaşının meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə avtomobildən Türkiyə vətəndaşının meyiti tapılıb

18:05 - 28 / 01 / 2016
Şəmkirdə avtomobildən Türkiyə vətəndaşının meyiti tapılıb

Şəmkir rayonunda avtomobildən meyit tapılıb.

1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yanvarın 27-də Şəmkir rayonunun Seyfəli kəndində avtomobillərin hərəkət istiqamətinin əksi istiqamətində yolun kənarında dayanmış “İveco” markalı yük avtomobili aşkar edilib.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı sürücü, Türkiyə vətəndaşı Semiz Kademin meyiti (ilkin məlumata əsasən infarktdan ölüb) tapılıb. 

Faktla bağlı araşdırmalar aparılır.

1news.az

 

Paylaş:
722

Son xəbərlər

Bütün xəbərlər