Nazir Ancelino Alfano: “Şengenin ləğvi İtaliyaya böyük zərər vura bilər” | 1news.az | Xəbərlər
Dünya

Nazir Ancelino Alfano: “Şengenin ləğvi İtaliyaya böyük zərər vura bilər”

18:47 - 28 / 01 / 2016
Nazir Ancelino Alfano: “Şengenin ləğvi İtaliyaya böyük zərər vura bilər”

Şengen sisteminin saxlanılması üçün Avropa təcili tədbirlər görməlidir. Əks halda, xaotik vəziyyət yaranar və bu sazişin ləğvi İtaliyaya da böyük zərər vura bilər.

Bu sözləri İtaliyanın daxili işlər naziri Ancelino Alfano yerli “La Stampa” qəzetinə müsahibəsində deyib.

Nazir bildirib ki, müvafiq addım “Balkan marşrutu” ilə Avropaya daxil olmaq istəyən miqrantların işini çətinləşdirər və dəniz vasitəsilə İtaliyaya gələn sığınacaq axtaranların sayının kəskin artmasına səbəb olar:

“İtaliyanın Şengenin ləğvi ilə razılaşacağını düşünənlər anlamalıdırlar ki, biz Adriatik və ya Aralıq dənizi sahillərinə tikanlı məftillər taxa bilmərik. Bu addımın vuracağı iqtisadi zərər çox böyük ola bilər”.

Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2015-ci ildə dəniz vasitəsilə İtaliyaya 153 min sığınacaq axtaranın gəldiyini bildirib. Onların çoxu daha sonra səfərlərini Fransaya və Şimali Avropaya doğru davam etdiriblər.

AZƏRTAC

Paylaş:
728

Son xəbərlər

Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39
Bütün xəbərlər