Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişikliklər edilib | 1news.az | Xəbərlər
Rəsmi

Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişikliklər edilib

10:50 - 28 / 01 / 2016
Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişikliklər edilib

Azərbaycan Respublikasının Milli Məclisi Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsilə bağlı qərar qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Dəyişikliyə əsasən:

1. 2.4-cü maddəyə “Dəniz limanı” sözlərindən sonra “(bundan sonra - liman və ya dəniz limanı)” sözləri əlavə edilsin və həmin maddədə “yüklər ilə” sözləri “yük ilə” sözləri ilə əvəz edilsin.

2. 2.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“2.5. Liman idarəsi – limanın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə yaradılan və nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hüquqi şəxs.”.

3. 6-1.1.9-cu maddədən “(liman məntəqəsinin)” sözləri çıxarılsın.

4. 6-1.1.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6-1.1.22-ci maddə əlavə edilsin:

“6-1.1.22. Dəniz limanlarında gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın verilməsi.”.

5. 22.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 22.6-cı maddə əlavə edilsin:

“22.6. Bu Məcəllənin 6-1.1.8-ci və 6-1.1.10-cu maddələrində nəzərdə tutulan şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir və həmin şəhadətnamələrin forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

6. 68-ci maddədə “dəniz limanının məcburi qaydaları” sözləri “dəniz limanı üzrə məcburi qaydalar” sözləri ilə əvəz edilsin.

7. 69.2-ci maddədə “dəniz limanının məcburi qərarlarında” sözləri “dəniz limanı üzrə məcburi qaydalarda” sözləri ilə əvəz edilsin.

8. 84-cü maddənin adında, 84.1-ci maddədə, 85-ci maddənin adında və mətnində ismin müvafiq hallarında “liman hakimiyyət orqanları” sözləri ismin müvafiq hallarında “liman idarəsi” sözləri ilə əvəz edilsin.

9. 89-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 89. Xidmətlərin göstərilməsi üçün limanın müvəqqəti bağlanması

Fövqəladə hadisə, qanunsuz müdaxilə aktı, gəmi qəzaları və digər qəzalar baş verdikdə, habelə insan həyatı və ya sağlamlığı üçün təhlükə, əmlak və yükün korlanması və (və ya) məhvi təhlükəsi yarandığı hallarda limanda və ya dəniz terminalında xidmətlərin göstərilməsi mümkün olmadıqda, liman idarəsi xidmətlərin göstərilməsi üçün limanın müvəqqəti bağlanması barədə müvafiq icra hakimiyyəti orqanına dərhal müraciət edir. Müvafiq icra hakimiyyəti orqanı xidmətlərin göstərilməsi üçün limanın müvəqqəti bağlanmasını zəruri hesab etdikdə qərar qəbul edir, müvəqqəti bağlanmanın müddətini müəyyənləşdirir və bu barədə liman idarəsinə və dənizçilik sahəsində fəaliyyət göstərən təşkilatlara həmin gün yazılı məlumat göndərir.”.

10. XIII fəslin adı aşağıdakı redaksiyada verilsin:

“Gəmi agenti”.

11. 181-ci və 182-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“Maddə 181. Gəmi agenti

Gəmi agenti gəminin limana gəlməsi, limanda olması və limandan çıxması ilə əlaqədar gəmi sahibinin, fraxt edənin və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxsin maraqlarını limanlarda qoruyan, onları dövlət orqanlarında və liman idarəsində təmsil edən, digər rəsmiyyətləri yerinə yetirən, gəmi sahibinin, fraxt edənin və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxsin adından maliyyə tapşırıqlarını icra edən və digər hərəkətləri həyata keçirən, gəmi agentinə dair BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş minimal tələblərə cavab verən hər hansı hüquqi və ya fiziki şəxsdir.

Maddə 182. Limanlarda gəmi agenti

182.1. Limanlarda gəmi agentinin fəaliyyət qaydası, onun hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən “Gəmi agenti haqqında Əsasnamə” ilə müəyyən edilir.

182.2. Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün müvafiq icra hakimiyyəti orqanından sertifikatın alınması tələb olunur. Sertifikatın forması, qüvvədə olma müddəti, verilməsi və ləğv edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sertifikatın alınmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş dövlət rüsumu ödənilir.

182.3. Limanlarda gəmi agenti BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş minimal tələblərə cavab verməlidir.

182.4. Gəmi agenti və gəmi sahibi, fraxt edən və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxs arasında münasibətlər müqavilə ilə tənzimlənir.”.

12. 183-187-ci və 190-cı maddələr ləğv edilsin.

13. 239.3-cü maddənin birinci cümləsində və 257.2.6-cı maddədə ismin müvafiq hallarında “dəniz agenti” sözləri ismin müvafiq hallarında “gəmi agenti” sözləri ilə əvəz edilsin.

14. 257.2.1-ci maddədə və 260.1.4-cü maddənin ikinci cümləsində ismin müvafiq hallarında “dəniz agentləri” sözləri ismin müvafiq hallarında “gəmi agenti” sözləri ilə əvəz edilsin.

15. 298.3-cü maddədə “liman hakimiyyəti orqanlarının” sözləri “liman idarəsinin” sözləri ilə əvəz edilsin.

16. 319.2-ci maddənin birinci cümləsində, 319.2.1-ci, 328.1-ci və 328.2.2-ci maddələrdə “dəniz agentliyi” sözləri “gəmi agenti” sözləri ilə əvəz edilsin.

1news.az

Paylaş:
824

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər