Bakıda “Pejo” avtomobillərinin satış salonu bağlanıb
Ölkəyə gətirilən yeni avtomobillərin bahalaşması,bundan əlavə gəlirlərin azalması nəticəsində müştərilərin nəğd ödəmə qabiliyyətinin olmaması və bankların da avtokreditləri dayandırması satış salonlarının bağlanmasına təsir göstərib.
Dolların bahalaşması səbəbindən artıq bir neçə aydır avtomobil satılmayan salonlar bağlanır.
1news.az fins.az-a istinadən xəbər verir ki, Bakıda “Pejo” avtomobillərinin satış salonu bağlanıb. Bu barədə “Auto Azerbaijan” şirkətindən bildirilib. Şirkətdən verilən məlumata görə, ötən aydan etibarən Xətai rayonu, Babək prospekti, 2269 ünvanında yerləşən satış salonu bağlanıb.
Qeyd edək ki, “Auto Azerbaijan” “Jeep” , “Dodge”, “Chrysler”, “Hyundai” markaları ilə yanaşı “ Pejo” avtomobillərinin də Azərbaycanda rəsmi təmsilçisi idi. “ Pejo” avtomobillərinin satış salonu isə Bakıda 2012-ci ilin sentyabr ayında açılmışdı.
“Auto Azerbaijan” şirkətinin brand meneceri Rauf Cahangirov isə fins.az-a açıqlaması satış salonun bağlanmasını təsdiq edib.Amma “Pejo” avtomobillərinin satışı ötən ilin dekabr ayında deyil, 2015-ci ilin əvvəlində dayandırılıb. R. Cahangirovun sözlərinə görə, “Pejo” avtomobillərinin satış salonunun bağlanmasına isə bu avtomobillərin satışının sərfəli olmaması təsir edib.