Azərbaycanda qəbiristanlıqdan istifadə ilə bağlı yeni qaydalar hazırlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda qəbiristanlıqdan istifadə ilə bağlı yeni qaydalar hazırlanır

13:05 - 29 / 01 / 2016
Azərbaycanda qəbiristanlıqdan istifadə ilə bağlı yeni qaydalar hazırlanır

AR-də qəbiristanlıqlardan istifadə haqqında qanun layihəsi hazırlanır.

1news.az xəbər verir ki, bu haqda Milli Məclisin regional məsələlər üzrə komitəsinin sədri Arif Rəhimzadə bildirib.

Onun sözlərinə görə, bu sənəd şəhər, rayon və kənd bələdiyyə rəhbərlərinə baxılmaq üçün göndəriləcək.

“Bələdiyyə nümayəndələri bu qanun layihəsini nəzərdənb keçirib öz rəylərini və tövsiyyələrini bildirməlidirlər”, - deyən parlament komitəsinin sədri qeyd edib ki, qanunun gələcək tətbiqi böyük xərclər tələb edəcək.

A.Rəhimzadə bildirib ki, qanun layihəsi yaxşıdır, amma onun reallaşdırılması üçün ilk növbədə maliyyə cəlb edilməsi yolları tapılmalıdır.

1news.az

Paylaş:
618

Son xəbərlər

Bütün xəbərlər