Əbülfəs Qarayev: “Fəaliyyəti olmayan müəssisələr bağlanacaq”
Ötən il Mədəniyyət və Turizm Nazirliyində islahatlar, struktur dəyişikliklər həyata keçirilib.
1news.az xəbər verir ki, bu haqda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu proses davam edəcək. “Fəaliyyət göstərməyən müəssisələr bağlanacaq”, -deyə, Ə.Qarayev vurğulayıb.
Nazir onu da qeyd edib ki, Bakıda xalçaya həsr olunmuş növbəti simpozium keçiriləcək. “Bu məsələ ilə əlaqədar müvafiq strukturlarla əməkdaşlıq edəcəyik”, - nazir bildirib.
1news.az
582