AZAL Bakı-Barselona-Bakı reysini bərpa edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL Bakı-Barselona-Bakı reysini bərpa edir

15:41 - 29 / 01 / 2016
AZAL Bakı-Barselona-Bakı reysini bərpa edir

“Azərbaycan Hava Yolları” (AZAL) 18 iyun tarixindən etibarən Bakıdan Barselonaya müntəzəm reyslərin bərpa edilməsi barədə elan edir.

Adı çəkilən qurumdan 1news.az-a verilən məlumata görə, Bakı-Barselona-Bakı marşrutu üzrə birbaşa uçuşlar hər həftənin şənbə günləri yerinə yetiriləcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş - Bakı vaxtı ilə səhər saat 07:00-da, El-Prat Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:45-də olacaq. Barselonadan uçuş - yerli vaxtla saat 11:00-da, Heydər Əliyev Beynəlxalq hava Limanına enmə - Bakı vaxtı ilə saat 19:10-da baş tutacaq.

Bakı-Barselona-Bakı marşrutu üzrə aviabiletin qiyməti 381 avrodan başlayır.

Bakı-Barselona-Bakı reysi biznes və ekonom salonlu müasir, komfortlu Airbus A319 laynerləri ilə həyata keçiriləcək.

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar. Proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles.

Qeyd edək ki, Barselona – İspaniyanın muxtar vilayəti Kataloniyanın paytaxtı və böyük dəniz limanlarından biridir. Barselonada Avropa rahatlığı və aktiv şəhər həyatı, zəngin infrastruktur və mədəni təmtəraq bir-biri ilə uzlaşır.

1news.az

Paylaş:
959

Son xəbərlər

RİNN-in saytında COP 29-la bağlı bölmə yaradılıb04 / 11 / 2024, 17:52İstanbulda “Səninləyik, Türkiyə” kitabının təqdimatı keçirilib04 / 11 / 2024, 17:50İran Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək04 / 11 / 2024, 17:47Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi04 / 11 / 2024, 17:31Rəşad Məcid: “Yeni telekanalda yüksək səviyyəli komanda formalaşdırılıb”04 / 11 / 2024, 17:23Maya Sandu 55,41 faiz səslə qalib gəlib04 / 11 / 2024, 17:14Kapital Bank-ın dollar istiqrazlarına maraq böyükdür04 / 11 / 2024, 17:12ASCO yaxın 3 ildə 65 köhnə gəmini donanmasından çıxaracaq04 / 11 / 2024, 17:10AFFA rəsmisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb04 / 11 / 2024, 16:52Bakıda restoranda yanğın olub04 / 11 / 2024, 16:45Mastercard və ABB dayanıqlılıq hakatonuna başlayır04 / 11 / 2024, 16:24COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək - RƏSMİ04 / 11 / 2024, 16:22ADY ötən ilin rekordunu təzələyir - 6,9 milyondan çox sərnişin daşınıb04 / 11 / 2024, 16:09Leysan yağacaq, çaylardan sel keçəcək - Növbəti iki günlə bağlı XƏBƏRDARLIQ04 / 11 / 2024, 15:52Xəzərdə Azərbaycan-İran birgə təlimi keçirilib - FOTO04 / 11 / 2024, 15:42Hərbi prokuror hərbi qulluqçularla görüşüb04 / 11 / 2024, 15:36İrandan Azərbaycana 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb04 / 11 / 2024, 15:19Dönərin bişirildikdən sonra yararlılıq müddəti 12 saata qədər müəyyən edilib04 / 11 / 2024, 14:24YPX avtomobilləri də texniki baxışdan keçirildi - VİDEO04 / 11 / 2024, 14:10Azərbaycan - Estoniya oyununun biletləri satışa çıxarıldı04 / 11 / 2024, 14:02
Bütün xəbərlər