SOCAR: Qış mövsümündə Gürcüstana təbii qaz tədarükünün artırılması haqqında razılıq əldə olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR: Qış mövsümündə Gürcüstana təbii qaz tədarükünün artırılması haqqında razılıq əldə olunub

16:02 - 29 / 01 / 2016
SOCAR: Qış mövsümündə Gürcüstana təbii qaz tədarükünün artırılması haqqında razılıq əldə olunub

SOCAR Gürcüstana təbii qaz tədarükünün optimallaşdırılması məqsədilə Gürcüstan tərəfinin müraciəti əsasında “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri konsorsiumlarının iştirakçıları ilə danışıqlar aparıb.

1news.az-a SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, qurumla “Şahdəniz” yatağından Gürcüstana qaz ixracı haqqında müvafiq müqavilələrdə müəyyən olunmuş mövsümlə bağlı məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsi barədə razılıq əldə edib.

Razılığa əsasən qış dövründə Gürcüstana qaz tədarükü minimum 50 milyon kubmetr artırılacaqdır. Gürcüstan tərəfinin müraciətinin dəstəklənməsi Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq münasibətlərinin mövcudluğunu bir daha sübut edir və qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də möhkəmləndirilməsi və inkişafı üçün əsas yaradır.

1news.az

Paylaş:
1043

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər