Zukerberq bir gündə 6,2 milyard dollar qazanıb | 1news.az | Xəbərlər
Dünya

Zukerberq bir gündə 6,2 milyard dollar qazanıb

16:32 - 29 / 01 / 2016
Zukerberq bir gündə 6,2 milyard dollar qazanıb

“Facebook” sosial şəbəkəsinin rəhbəri və qurucusu Mark Zukerberq bir gündə planetin ən varlı adamları siyahısında iki pillə irəliləyib.

1news.az Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, M.Zukerberqin varidatı onun şirkətinin hesabatı dərc olunan gün 6,2 milyard dollar artıb. Hazırda “Facebook”un başçısı planetin varlı adamları siyahısında 6-cı yerdədir.

“Bloomberg” agentliyi Zukerberqin aktivlərini 47,6 milyard dollar həcmində qiymətləndirib. Reytinqdə 5-ci yerdə “Microsoft” kompaniyasının banisi Bill Qeyts qərarlaşıb. Onu “Inditex” kompaniyasının qurucusu Amansio Orteqa izləyir. Siyahıda 3-cü yeri amerikalı investor Uorren Baffet, 2-ci yeri “Amazon” kompaniyasının başçısı Ceff Bezos tutur. Reytinq cədvəlinə isə meksikalı biznesmen Karlos Slim başçılıq edir.

Hesabata görə, keçən il “Facebook” sosial şəbəkəsinin gəliri 25 faiz – 2,94 milyard dollardan 3,69 milyard dollara qədər artıb. Bu xəbərdən sonra birjalarda “Facebook”un səhmlərinin qiyməti 14 faiz bahalaşıb.

Xatırladaq ki, M.Zukerberq qızının anadan olduğu keçən il dekabr ayının sonlarında sosial şəbəkənin səhmlərinin özünə məxsus hissəsinin 99 faizini xeyriyyəçiliyə xərcləyəcəyini vəd edib.

1news.az

Paylaş:
733

Sizin üçün xəbərlər

Son xəbərlər

Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49
Bütün xəbərlər