“Qatar aviayolları” dünyanın ən uzun hava marşrutunu istifadəyə verəcək
Qatar Airways dünyanın ən uzun aviamarşrutunu istifadəyə verməyi planlaşdırır. Hava yolu Qatarın paytaxtı Doxadan Yeni Zelandiyanın Oklend şəhərinə qədər uzanacaq.
1news.az xəbər verir ki, bu haqda Bloomberg-də məlumat verilib.
Şirkətin rəhbəri Əkbər Əl Bakerin sözlərinə görə, 14,5 min kilometr məsafəni təyyarə 18 saat yarım müddətinə uçacaq. Reysin gələn il istifadəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, hazırda ən uzun birbaşa reys Sidneydən Dallasa 17 saat müddətində davam edən hava marşrutudur.
1news.az
962