OPEK Rusiya ilə görüşəcəyini inkar edib
Neft İxracı Ölkələri Birliyi ( OPEK) Rusiyanın iştirakı ilə görüş keçirməyi planlaşdırmır.
1news.az Insider.pro –ya istinadən xəbər verir ki Bloomberg nəşrinə bu haqda 3 müsahib məlumat verib.
Onlardan biri RF energetika naziri Aleksandr Novakın fikrini təkzib edərək bildirib ki, Səudiyyə Ərəbistanının ötən görüşlərdə guya hasilatını 5 faiz azaltması haqqında söylənilən fikri yanlışdır.
27 yanvarda “Transneft” in rəhbəri Nikolay Tokarev, 28 yanvar tarixində isə RF energetika naziri Aleksand Novak Bildirib ki, fevral ayında OPEK-in Rusiyanın iştirakı ilə görüşü keçiriləcək. Burada Səudiyyə Ərəbistanının hasilatı azaltması məsələsi də müzakirəsi də planlaşdırılır. Səudiyyə Ərəbistanı neft nasilatını azaldacaq. Bu bəyanata reaksiya olaraq 28 yanvar tarixindən neftin bir barelinin qiyməti 35 dollara qalxıb.
1news.az