Aydın Əliyev: Ticarət dövriyyəsinin səviyyəsini qoruya bildik | 1news.az | Xəbərlər
İqtisadiyyat

Aydın Əliyev: Ticarət dövriyyəsinin səviyyəsini qoruya bildik

12:16 - 29 / 01 / 2016
Aydın Əliyev: Ticarət dövriyyəsinin səviyyəsini qoruya bildik

Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi (DGK) rəhbərliyinin iştirakı ilə “2015-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda mətbuat konfransı keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, komitənin sədri Aydın Əliyev bildirib ki, ilk devalvasiyadan sonra addımlar atmağa başladıq:

“İlk növbədə sahibkarlarla görüş keçirərək onların problemləri öyrənilib və müəyyən addımlar atılıb. Buna görə ticarət dövriyyəsinin səviyyəsini qoruya bildik. Bəzi sahələr, müəssisələr vergidən azad olunsa da plan 1.590 milyarda qarşı 1.592 mlrd. manatlıq icra olunub.

Keçən il 8660-dan yuxarı gömrük qaydalarının pozuntusu faktı qeydə alınıb. Bunlardan 300-ü cinayət xarakterli olub. Bunların da əksəriyyəti qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Fevralın 1-dən sərhədlərdə avtomobillərlə daşınan iri qabaritli yüklərin tez yoxlanılması üçün Almaniya istehsalı olan xüsusi cihazlar tətbiq ediləcək. İlk olaraq bu cihazlar iki istiqamətdə – Gürcüstan və Rusiya ilə Sərhəd Keçid Məntəqələrində (SKM) işə başlayacaq. Eyni zamanda yaxın günlərdə Rusiya ilə sərhəddə dəmir yolu məntəqəsində də bu cür cihazın işə salınması planlaşdırılıb.

Hazırda SKM-də 600-dən yuxarı hərəkət edən kamera fəaliyyət göstərir.

Görülən işlərin nəticəsidir ki, biz tərəfdən maşınların və insanların sərhəddən keçməsi zamanı heç bir problem yoxdur.

Gömrük siyasətində müəyyən normativ aktların yenidən baxılmasına ehtiyac var. Misal üçün, gömrük tariflərinə yenidən baxılması, bir sıra mallara, xüsusən də mövsümi mallara yüksək rüsumların qoyulması nəzərdə tutulur. Artıq aidiyyəti qurumlara bununla bağlı məlumat verilib”.

Komitə sədrinin müavini Şahin Bağırov:

“Azərbaycanda “donuz qripi”nə qarşı mübarizə gücləndirilib. Xüsusən Sərhəd Keçid Məntəqələrində bu işlər həyata keçirilir. Şübhəli şəxslər SKM-də yaradılmış otaqlara dəvət edilir və onlar orada müayinə olunurlar”.

1news.az

Paylaş:
1064

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər