Olland: "Fransa ilə İran ikitərəfli münasibətlərdə yeni səhifə açdı"
Paris və Tehran ikitərəfli münasibətlərdə yeni səhifə açıblar, Fransa prezidenti Fransua Olland bəyan edib.
“On yeddi ildir ki, İran prezidenti Fransaya səfər etmirdi. Bu gün biz, münasibətlərimizdə yeni səhifə açdıq. Ümid edirəm, əməkdaşlığımız hər kəs üçün faydalı olacaq”, - Olland İran prezidenti Həsən Ruhani ilə Parisdə keçirilən mətbuat konfransı zamanı bildirib.
Olland eyni zamanda da qeyd etdi ki, iktərəfli səfər çərçivəsində müxtəlif sahələr üzrə 30-a yaxın razılaşmalar imzaladıq.
РИА Новости
817