Xəzərin Türkmənistan sahillərində tapılan cəsədin şəxsiyyəti müəyyənləşdirilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərin Türkmənistan sahillərində tapılan cəsədin şəxsiyyəti müəyyənləşdirilib - YENİLƏNİB

20:50 - 30 / 01 / 2016
Xəzərin Türkmənistan sahillərində tapılan cəsədin şəxsiyyəti müəyyənləşdirilib - YENİLƏNİB

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sahillərində tapılan cəsədin şəxsiyyəti artıq müəyyənləşib.

“Azneft” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildiriblər ki, o, keçən il dekabrın 4-də “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş “SOCAR CAPE”nin işçisi, 1973-cü il təvəllüdlü Sahib Güloğlan oğlu Şahmarovdur.

Həlak olmuş neftçinin şəxsiyyətini Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi ilə Türkmənistana gedən istintaq qrupu və “Azneft” İB-nin işçiləri müəyyənləşdiriblər.

20:19

Xəbər verdiyimiz kimi, yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar nazirliyin “BE-200ÇS” amfibiya tipli təyyarəsi cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə yanvarın 30-da istintaq qrupu ilə birgə Türkmənistana yola düşüb.

13:00

"Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəzada itkin düşənlərdən daha birinin meyiti tapılıb.

APA-nın FHN-in saytında istinadən verdiyi məlumata görə, yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.

Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Qeyd edək ki, 10-cu dərin dəniz özülündə qəza ötən il dekabrın 4-də baş verib. Qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas olub, 11 nəfəri həlak olub və 19 nəfəri itkin düşüb.

Paylaş:
736

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər