Ucqar kənd məktəbində dərs demək qərarına gələn gənc müəllimə - Sevinc Məmmədova – VİDEO
Rejissor Cavanşir Eladısoy AR Prezidenti yanında Gənclərə Yardım Fondunun dəstəyi ilə qısametrajlı filmin çəkilişini sona çatdırıb. Film ucqar kənd məktəbində coğrafiya müəllimi işləyən Sevinc Məmmədovaya həsr olunub.
1news.az xəbər verir ki, filmdə S.Məmmədova özü haqqında danışaraq, başqa həmkarları kimi böyük şəhərdə deyil, ucqar kənd məktəbində bu işi seçməyə onu nəyin təhrik etdiyindən bəhs edib.
Sevinc xanımın sözlərinə görə, bu həyata uyğunlaşmaq asan deyildi. Qızı ilə birlikdə kəndə köçən anasının anasını dəstəyi bu işdə çox yüksək olub.
“Bilirsiz, anamın köməyi olmasaydı qala bilməzdim. Şəhərdən gələn gənc qızın kənddə yaşaması asan deyil. Burada qaz yoxdur. Ocaq qalamaq lazım olur”, - deyə, cağrafiya müəlliməsi Sevinc danışır.
Bu filmi sizə təqdim edir və ümid edirik ki, gənc müəllimənin bu nümunəsi onun digər həmkarlarını da ruhlandıracaq.
Layihənin rəhbəri - Qalib Kazımlı
1news.az