“Gənc OL” tarifində daha bir yenilik | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Gənc OL” tarifində daha bir yenilik

16:15 - 01 / 02 / 2016
“Gənc OL” tarifində daha bir yenilik

Azercell Telekom hər kəs tərəfindən maraqla qarşılanan “GəncOL” tarif paketində daha bir yenilik edir.

Bu haqda 1news.az-a mobil operatordan məlumat verilib.

Belə ki,  1 fevral 2016-cı il tarixindən etibarən “Gənc OL” stifadəçiləri bu tarif paketi daxilində təqdim olunan internet həcmini bitirdikdən sonra yenilənməyən internet paketləri sifariş edə biləcəklər. Bunun ücün abunəçi sadəcə 2525-ə müvafiq açar sözü yazıb göndərməlidir.

İnternet paket

Açar sözü

Qiymət(ƏDV daxil)

50 MB

50x

1 AZN

500 MB

500x

3 AZN

1 GB

1000x

5 AZN

5 GB

5000x

10 AZN

10 GB

10000x

15 AZN

Limitsiz

Limitsizx

30 AZN

 

 

 

 

 

 

 

 

 

Qeyd edək ki, əlavə paketlərin istifadə müddəti 30 gündür və onlar yenilənmir. Bu müddət bitdikdə istifadə edilməmiş balans sıfırlanır. Abunəçi internet paketin balansını istifadə müddətindən tez bitirərsə, yenidən paket sifariş edə bilər. Yenilənməyən aylıq internet paketlərindən imtina etmək üçün abunə 2525-ə “STOPX” göndərməlidir.

Məlumat üçün bildirək ki, Azercell-in sözügedən paketinə qoşulmaq üçün isə SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər.  “Gənc OL” tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilər. Belə ki, ayda cəmi 5 AZN ödəyib “Gənc OL” 5 tarif paketinə qoşulmaqla hər kəs “Gənc OL” abunəçiləri arasında hər ay 2GB internet, 200 dəq, 200 SMS-dən yararlanmaq imkanı qazanır. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra “Gənc OL” abunəçiləri öz aralarında cəmi 2 qəpiyə, digər abünələrlə olkədaxili 5 qəpiyə danışacaqlar. “Gənc OL” 8 paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abunəçilər öz aralarında 4 GB Mobil internet, 400 dəq tarifdaxili və 400 SMS-dən istifadə etmək imkanı qazanır. Bundan əlavə bu tarifə qoşulan abunəçilər restoranlar, mağazalar, fitnes, təhsil və əyləncə mərkəzlərində 50%-ə qədər müxtəlif endirimlərdən yararlanmaq imkanı qazanırlar.

Paylaş:
1632

Son xəbərlər

Bütün xəbərlər