Azərbaycan parlamenti “Polis haqqında” qanuna dəyişiklik edib
Milli Məclisin bugünki sessiyasında “Polis haqqında” qanuna dəyişiklik edilib.
1news.az xəbər verir ki, parlamentsə çıxış edən MM-in hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Əli Heseynov “Polis haqqında” qanuna edilən dəyişikliklə bağlkı məlumat verib.
Dəyişikliyə uyğun olaraq, şəxsin inzibati həbsi İnzibati Xətalar Məcəlləsində müəyyən olunan hallarda həyata keçiriləcək.
Dəyişikliyə uyğun olaraq, “Polis haqqında” Qanunun 24-cü maddəsinə görə evdə şəxs yaxud dövlət əleyhinə cinayətə dair əşya və ya sənədlərin gizlədildiyi və ya belə cinayətin hazırlandığı haqqında dəqiq informasiyaya, yaxud əsaslandırılmış şübhəyə sahib olarsa, polis yaşayanların iradəsi ziddinə olaraq evə daxil ola bilər.
1news.az