Toyota 6 gün istehsalı dayandıracaq
Yaponiyanın ən böyük avtokonsernlərindən biri olan Toyota Motor 8 fevraldan etibarın 6 gün ərzində Yaponiyadaki 9 müəssisəsə istehsalı dayandıracaq.
1news.az TASS-a istinadən xəbər verir ki, “Toyota” şirkəti avtomobillərinin mühərrikləri və ötürücü qutusu üçün hissələrin hazırlandığı zavodda baş verən partlayış Yaponiyada istehsalı dayandırmağa məcbur edib. Buna səbəb kimi hissələrin çatışmaması göstərilir.
Aiçi prefekturasında yerləşən “Aichi Steel” şirkətinin poladəritmə zavodunda yanvarın 8-də baş verən partlayış poladəritmə sexinin və istehsal binasının tavanının zədələnməsinə səbəb olub. Bərpa işlərinin martın sonlarında başa çatdırılacağı gözlənilir.
“Toyota” şirkətinin Yaponiyada yerləşən zavodlarında gün ərzində 13-14 min avtomobil buraxılır.
1news.az