İran prezidenti Avstriya və Belçikaya gedəcək | 1news.az | Xəbərlər
Dünya

İran prezidenti Avstriya və Belçikaya gedəcək

1news Redaksiyası09:34 - 01 / 02 / 2016
İran prezidenti Avstriya və Belçikaya gedəcək

İran prezidenti Həsən Ruhani yaxın həftələrdə Avstriyaya və Belçikaya səfər edəcək.

1news.az İRİB telekanalına istinadən xəbər verir ki, bu barədə İran prezident administrasiyasının rəhbəri Məhəmməd Nahavandian bildirib.

Nahavadian səfərlərin gündəliyini şərh edərək qeyd edib ki, İrana da xarici rəsmi şəxslərin səfərləri gözlənilir. Onun sözlərinə görə, yaxın həftələrdə İsveçrə prezidenti İrana rəsmi səfərə bilər.

Xatırladaq ki, Qərbin İrana tətbiq etdiyi sanksiyalar qarşılığında Tehran nüvə proqramını məhdudlaşdırmağa razılaşdıqdan sonra İran üçün yeni era başlanıb.

1news.az

Paylaş:
902

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər