Bakıda Azərbaycan-İndoneziya Energetika Forumu keçirilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Azərbaycan-İndoneziya Energetika Forumu keçirilir

09:59 - 01 / 02 / 2016
Bakıda Azərbaycan-İndoneziya Energetika Forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-İndoneziya Energetika Forumu öz işinə başlayıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərəgörə, tədbiri giriş sözü ilə açan Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, ölkəmiz bu sahədə öz təcrübəsi ilə İndoneziya ilə bölüşməyə hazırdır.

Nazir əlavə edib ki, Azərbaycan İndoneziya ilə əməkdaşlığa böyük önəm verir.

İndoneziyanın Enerji və Mineral Sərvətlər Nazirliyinin neft və qaz üzrə baş direktoru Qusti Lyonan Jratmaja Puja ölkəsinin neft-qaz sahəsində əldə etdiyi nailiyyətlərdən söhbət açıb.

Qeyd edək ki, tədbirdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, o cümlədən dövlət şirkətləri olan SOCAR, "Azərenerji" və "Azərişıq" ASC-nin təqdimatlarının keçiriləcəyi nəzərdə tutulub.

Həmçinin İndoneziyanın “Pertamina” şirkəti və SOCAR-ın biznes icmallarına baxılacaq.

Forum çərçivəsində "SOCAR Trading" və "Pertamina" arasında biznes tərəfdaşlığına dair Anlaşma Memorandumunun imzalanması da nəzərdə tutulub.

Qeyd edək ki, 2015-ci ilin yanvar-sentyabr aylarında İndoneziyanın Azərbaycanın ticarət dövriyyəsinin payı 2,61%, o cümlədən idxalda 0,29%, ixracatda 4,35% təşkil edib. İndoneziya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 400,9 mln. ABŞ dolları, idxalın həcmi 19,8 mln. dollar, ixracın həcmi 381,72 mln. dollar təşkil edib. Xarici ticarət saldosu müsbət 362,54 mln. dollar olub.

1news.az

Paylaş:
910

Son xəbərlər

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37
Bütün xəbərlər