Natiq Əliyev: “Bu ilin sonuna neftin qiymətində əhəmiyyətli dərəcədə bahalaşma olacaq” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Natiq Əliyev: “Bu ilin sonuna neftin qiymətində əhəmiyyətli dərəcədə bahalaşma olacaq”

10:59 - 01 / 02 / 2016
Natiq Əliyev: “Bu ilin sonuna neftin qiymətində əhəmiyyətli dərəcədə bahalaşma olacaq”

“Bu ilin sonuna neftin qiymətində əhəmiyyətli dərəcədə bahalaşma olacaq”.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri energetika naziri Natiq Əliyev deyib.

N.Əliyev bildirib ki, neftin qiyməti təkcə iqtisadi yox, həm də siyasi faktorlardan asılıdır:

“Bu gün dünyada baş verən proseslər, münaqişələr bilavasitə neftin qiymətinə təsir edir. Lakin bu belə davam edə bilməz. Çünki qiymətin ucuzlaşması nəinki xam neft hasilatçısı, o cümlədən də istehlakçı ölkələrin iqtisadiyyatına təsir göstərir. Hesab edirəm ki, bu ilin sonlarında neftin qiymətində çox böyük dəyişikliklər olacaq. Çünki heç bir iqtisadiyyat bu vəziyyətə dözmür”.

1news.az

Paylaş:
861

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər