Əfqanıstanda terror aktı törədilib, 20-yə yaxın insan ölüb
Kabildə törədilən terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Son hesablamalara əsasən, Əfqanıstan parlamenti qarşısında törədilən partlayış zamanı 20 nəfər ölüb, 29 nəfər yaralanıb. Bundan əvvəl 10 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilirdi.
Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməsə də, “Taliban” silahlı qruplaşmasının partlayışda əli olduğu ehtimal edilir.
1news.az
764