Azərbaycan Tarix Muzeyinə yeni etnoqrafik eksponat daxil edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Tarix Muzeyinə yeni etnoqrafik eksponat daxil edilib

23:31 - 01 / 02 / 2016
Azərbaycan Tarix Muzeyinə yeni etnoqrafik eksponat daxil edilib

Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına yeni material - Avropa istehsalı olan çay dəstgahı daxil edilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, məişət mədəniyyətini əks etdirən, 15 hissədən ibarət çay dəstgahı XX əsrin əvvəllərində Riqa şəhərinin farfor fabrikindən Bakıda məşhur tacir Mikayıl Hüseynovun dükanı üçün sifariş edilmiş məhsullardandır.

Dəstgahın əşyalarındakı detallar nazik qızılı zolaqla haşiyələnib, hər birinin üzərində Avropa üslublu geyimlərdə qız və oğlan təsvirləri həkk olunub.

Çay dəstgahı XX əsrin əvvəllərində Azərbaycanın Avropa ilə iqtisadi-mədəni əlaqələrinin əhatə dairəsinin öyrənilməsi üçün əhəmiyyətli materialdır.

1news.az

 

Paylaş:
571

Son xəbərlər

Sabahın hava proqnozu

18 / 07 / 2025, 12:29
Bütün xəbərlər