Azərbaycanda Gənclər günü qeyd olunur
2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunur.
Azərbaycanda bu günü qeyd etmək ənənəsinin əsası ilk dəfə 1996-cı il 2 fevral tarixində keçirilən 1-ci Gənclər Forumu ilə qoyulub. Həmin forumda respublikanın bütün bölgələrindən gələn gənclər iştirak edib.
Forum btünü dövlət orqanları, gənclər təşkilatları, gənc insanlar qarşısında duran vəziləri müəyyən etdi.
Müvafiq qurumların qarşısında duran əsas vəzifə gənclərin inkişafına yönələn tədbirlərin keçirilməsi, gənclərin problemlərinin qısa və effektiv şəkildə aradan qaldırmağa köməklik göstərmək oldu.
I Gənclər Forumu Azərbaycanda gənclərlə işin canlanmasına gətirib çıxardı. 1997-ci ildə Prezident Heydər Əliyev forumun keçirildiyi 2 fevral tarixinin Gənclər günü kimi qeyd olunması haqqında fərman imzaladı.
Həmin gündən etibarən MDB və Şərqi Avropa ölkələrindən fərqli olaraq ilk dəfə Azərbaycanda Gənclər günü qeyd olunmağa başladı.
Xatırladaq ki, Beynəlxalq Gənclər günü (International Youth Day) BMT Baş Assambleyası tərəfindən 17 dekabr 1999-ciu ildə müəyyən olunub.
1news.az