Ali məktəblərin magistratura və rezidentura səviyyəsinə imtahanların vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali məktəblərin magistratura və rezidentura səviyyəsinə imtahanların vaxtı açıqlanıb

13:01 - 02 / 02 / 2016
Ali məktəblərin magistratura və rezidentura səviyyəsinə imtahanların vaxtı açıqlanıb

2016-cı ildə ali təhsil müəssisələrinin magistratura və tibb ixtisaslarının rezidentura səviyyəsinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafiki təsdiqlənib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə TQDK sədrin Məleykə Abbaszadə məlumat verib.

O bildirib ki, ali məktəblərin magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevral tarixlərində aparılacaq: “İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək”.

M. Abbaszadə qeyd edib ki, ali məktəblərin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu 1-10 mart tarixlərində, imtahanın 1-ci mərhələsi 3 aprel, 2-ci mərhələsi isə 29 iyulda keçiriləcək.

TQDK sədri onu da qeyd edib ki, bu il dizayn ixtisası V qrupa keçirilib.

1news.az

Paylaş:
605

Son xəbərlər

Sabahın hava proqnozu

18 / 07 / 2025, 12:29
Bütün xəbərlər