British Airways 14 iyul tarixindən İrana uçuşları bərpa edəcək
Britaniya aviaşirkəti British Airways 14 iyul tarixindən Londondan Tehrana birbaşa reysləri bərpa edəcək.
1news.az TASS-a istinadən xəbər verir ki, bu haqda şirkətin mətbuat xidmətindən məlumat verilib. Reyslər həftədə 3 dəfə Хитроу hava limanından həyata keçiriləcək.
Aviaəlaqənin bərpa olunması nüvə proqramı ilə əlaqədar İrana qarşı tətbiq olunan Aİ sanksiyalarının aradan qaldırılması ilə bağlıdır.
Yanvarın 24-də məlum olub ki, İran və ABŞ arasında da birbaşa reyslərin bərpa olunması haqqında danışıqlar aparılır.
645