Azərbaycanda 2015-ci ildə rekord məbləğdə "Cek Pot"lar udulub
2015-ci ildə "Azərlotereya" ASC tərəfindən keçirilmiş lotereya oyunları üzrə 26 913 153 ədəd bilet satılıb.
Bu haqda 1news.az-a İqtisadiyyat Nazirliyindən bildiriblər ki, lotereya biletlərinin satışından 27 684 254 manat vəsait əldə olunub. Bu vəsaitin 17 997 972 manatı uduş fonduna sərf olunub ki, bu da satış həcminin 65 faizini təşkil edib.
Ötən il "Azərlotereya" ASC tərəfindən keçirilmiş lotereya oyunlarında 156 avtomobil və 21 "Cek Pot" ("Cek Pot"ların ümumi məbləği 1 562 630 manat) udulub. "Cek Pot"larda ən iri məbləğlər "5/36" lotereyasının 1253-cü tirajında - 205 370 manat, "6/40" lotereyasının 825-ci tirajında - 159 305 manat və "Super Loto"nun 118-ci tirajında - 196 000 manat qazanılıb. Şəffaflığın təmin olunması məqsədilə tirajlar televiziyada nümayiş olunub, qaliblər haqqında ətraflı məlumat kütləvi informasiya vasitələri vasitəsilə ictimaiyyətə çatdırılıb.
1news.az