AMEA-da bu il 15 ixtisas üzrə 63 magistr yeri ayrılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AMEA-da bu il 15 ixtisas üzrə 63 magistr yeri ayrılıb

17:30 - 04 / 02 / 2016
AMEA-da bu il 15 ixtisas üzrə 63 magistr yeri ayrılıb

AMEA-nın magistraturasına 2016/2017-cı tədris ili üçün qəbul planı açıqlanıb.

1news.az xəbər verir ki, akademiyanın institutlarında 15 ixtisas üzrə 63 yer ayrılıb.

Xatırladaq ki, magistratura səviyyəsinə ərizə qəbulu fevralın 10-dan 19-na kimi davam edəcək. İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.

AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı 9-12 iyun, müsahibəsi isə iyunun 13, 14, 16-sı və 17-də baş tutacaq.

1news.az

Paylaş:
1557

Son xəbərlər

Bütün xəbərlər