Masallıda şirkətdən oğurluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda şirkətdən oğurluq edən şəxs saxlanılıb

19:56 - 04 / 02 / 2016
Masallıda şirkətdən oğurluq edən şəxs saxlanılıb

Masallı rayonunda şirkətdən oğurluq edən şəxs polislər tərəfindən saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, fevralın 3-nə keçən gecə Masallı rayonunun Səmidxan kəndində “Aztelecom” MMC-yə məxsus işlək vəziyyətdə olan yeraltı rabitə kabelinin 250 metrlik hissəsi kəsilərək oğurlanmışdır.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini İlqar Mustafayev tutulub.

1news.az

 

Paylaş:
673

Son xəbərlər

Bütün xəbərlər