Güləşçilərimiz İranda keçirilən beynəlxalq turnirin ilk günündə iki medal qazandılar
İranın Mazandaran şəhərində sərbəst güləş üzrə gənclər arasında “Şəhid Haşeminecad Kuboku” uğrunda 13-cü beynəlxalq turnir keçirilir.
1news.az-ın məlumatına görə, turnirdə iştirak edən yığma komandanın üzvləri ilk yarış günündə 1 gümüş və 1 bürünc medal qazanıb.
60 kq çəki dərəcəsində yarışan Tofiq Sadıqlı finala qədər bütün rəqiblərindən üstün olub. Yalnız finalda görüşündə uduzan güləşçimiz turnirin gümüş medalına sahib olub. Bürünc medalı isə yığmamıza 50 kq çəkidə mübarizə aparan Əliabbas Rzazadə qazandırıb.
Turnirin ikinci günündə Rakif Eminov (55 kq), Pənah İlyaslı (66 kq), Murad Xalıqov (84 kq) və Rüstəm Haçberov (120 kq) mübarizəyə qoşulur.
1news.az
1119