Şahin Mustafayev: “Göyçayda 11,3 min yeni iş yeri açılıb, 370-dən artıq yeni müəssisə fəaliyyətə başlayıb” - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şahin Mustafayev: “Göyçayda 11,3 min yeni iş yeri açılıb, 370-dən artıq yeni müəssisə fəaliyyətə başlayıb” - FOTO

17:14 - 05 / 02 / 2016
Şahin Mustafayev: “Göyçayda 11,3 min yeni iş yeri açılıb, 370-dən artıq yeni müəssisə fəaliyyətə başlayıb” - FOTO

İqtisadiyyat naziri Şahin Mustafayevin ictimaiyyət nümayəndələri ilə növbəti görüşü fevralın 5-də Göyçay rayonunda keçirilib.

1news.az  xəbər verir ki, açıq dialoq şəraitində keçən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri və sahibkarlar iştirak edib.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev son illər rayonda görülən işlər, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bölgələrdə ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərin mühüm əhəmiyyətini qeyd edib.

İqtisadiyyat naziri Şahin Mustafayev dünya iqtisadiyyatındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin neytrallaşdırılması üçün sistemli tədbirlərin həyata keçirildiyini vurğulamışdır. Qeyd edilmişdir ki, dövlət başçısının neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində qarşıya qoyduğu vəzifələr, vaxtında görülmüş qabaqlayıcı tədbirlər dünyadakı qlobal böhranının Azərbaycan iqtisadiyyatına təsirlərini minimuma endirilib. 2015-ci ildə sənaye 2,4%, qeyri-neft sənayesi 8,4%, kənd təsərrüfatı 6,6% artmış, ölkə iqtisadiyyatına 20 mlrd. dollar investisiya qoyulub. Son on ildə 3 minə yaxın məktəb, 600-ə yaxın tibb müəssisəsi tikilmiş və ya əsaslı təmir olunub.

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsasında Azərbaycan vətəndaşı, onun rifahının yaxşılaşdırılması dayanır. Gəlirlərin azalmasına baxmayaraq, dövlət başçısının əsasını insan amili təşkil edən siyasətinə uyğun olaraq, bütün sosial proqramlar tam həcmdə yerinə yetirilir. Təkcə son bir ay ərzində dövlət başçısı tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə aztəminatlı vətəndaşların rifahının yaxşılaşdırılması məqsədilə bir sıra sərəncamlar imzalanıb. Ölkədə dərman vasitələri satışının tənzimlənməsi, istehlak bazarına nəzarətin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması, pensiya və müavinətlərin, əmək haqlarının artırılması məhz əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdir.

Sahibkarlığın inkişafı, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində qəbul edilmiş qərarlar özəl bölmənin inkişafında mühüm əhəmiyyət kəsb edir.

Bildirilmişdir ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev tərəfindən bölgələrin inkişafı istiqamətində mühüm tapşırıqlar verilib. Bu tapşırıqların icrası istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, qarşıdakı illər üçün hər bir regionun iqtisadi potensialı və əhalinin məşğulluq səviyyəsi nəzərə alınmaqla ilkin dəyəri 1,5 milyard manat olan 150-dən çox investisiya layihəsi hazırlanıb. Bu layihələrin icrasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri, yerli və xarici investisiyalar cəlb olunacaq və bölgələrdə istehsal, emal və digər müəssisələr yaradılacaqdır. Heç şübhəsiz ki, Göyçay da bu layihələrin reallaşdırılacağı rayonlardandır. Belə ki, rayonda heyvandarlıq kompleksinin, intensiv bağçılıq təsərrüfatının, "yaşıl market"in və s. yaradılması nəzərdə tutulur.

Prezident İlham Əliyev tərəfindən Göyçay rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə imzalanmış 4 Sərəncamla 10,1 mln. manat vəsait ayrılıb. Eyni zamanda əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə Göyçayın 50 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 5 mln. manat vəsait ayrılıb. Dövlət başçısı Göyçay rayonuna 2015-ci ildəki sonuncu səfəri zamanı şəhərə içməli suyun verilməsi mərasimində, Göyçay kiçik SES-in, Göyçay-Ucar avtomobil yolunun və xəstəxananın açılışında iştirak edib.

Ümumiyyətlə, dövlət proqramları çərçivəsində rayonun su təchizatının yaxşılaşdırılması məqsədilə 160,5 km su, 131,2 kanalizasiya xətti çəkilmiş, 5 su anbarı tikilmiş, 5 subartezian quyusu qazılmış, avtomobil yolları tikilmiş və ya yenidən qurulmuşdur. Göyçayın 30 yaşayış məntəqəsi qazla təchiz olunmuş, 11 yaşayış məntəqəsinin qazlaşdırılması isə davam etdirilir. Rayonda 22 məktəb, 3 bağçası, 6 səhiyyə, 4 mədəniyyət, 3 gənclər və idman müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuş, şəhid ailələri və əlillər üçün 45 mənzilli yaşayış binası istifadəyə verilmişdir. İndiyədək Göyçay rayonu üzrə 270 sahibkara 11,6 mln. manat güzəştli kredit verilmişdir. Rayonda 9,3 mini daimi olmaqla, 11,3 min yeni iş yeri açılıb, 370-dən artıq yeni müəssisə fəaliyyətə başlayıb. Bununla belə, Göyçayın böyük iqtisadi potensialı vardır.

Görüşdə taxılçılıq, iri heyvandarlıq təsərrüfatının yaradılması, güzəştli kreditlərin verilməsi, soyuducu anbar kompleksinin yaradılması, istixana təsərrüfatının qazlaşdırılması, sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması, şərabçılıq məhsullarının ixracına dəstək göstərilməsi, sahibkarlara hüquqi yardım və s. məsələlər barədə müraciətlər və təkliflər səsləndirilib. Nazir Şahin Mustafayev bir sıra məsələlərin yerindəcə həlli barədə müvafiq tapşırıqlar verib, qaldırılan digər məsələlərin araşdırılacağını və həlli üçün müvafiq tədbirlərin görüləcəyini bildirib.

1news.az

Paylaş:
2090

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər