Kanada İrana qarşı sanksiyaların bir hissəsini ləğv edib | 1news.az | Xəbərlər
Dünya

Kanada İrana qarşı sanksiyaların bir hissəsini ləğv edib

23:22 - 05 / 02 / 2016
Kanada İrana qarşı sanksiyaların bir hissəsini ləğv edib

Kanada İrana qarşı sanksiyaları hissə-hissə ləğv edib, bu haqda ölkənin Xarici İşlər Nazirliyinin saytında qeyd olunub.

Qurumun bəyanatında bildirilir ki, ölkə idxal və ixracat məhsullarına, eləcə də maliyyə əməliyyatlarının keçirilməsinə qadağaları ləğv edir. Bu qərar Kanada şirkətlərinə xarici firmalarla daha yaxşı rəqabət aparmağa imkan verəcək.

Lakin, qurumdan qeyd olunub ki, ölkə hələ də İranın nüvə məqsədlərinə görə ehtiyat edir.

Qeyd edək ki, daha əvvəl Yaponiyanın xarici işlər naziri Fumio Kisida mətbuat konfransı zamanı bəyan etmişdi ki, ölkə İrana qarşı sanksiyaların ləğv edilməsinə qərar verib.

Gazeta.ru

Paylaş:
1018

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər