Tacikistanda Emoməli Rəhmonun ömürlük dövlət başçısı olması ilə bağlı ümumxalq səsverməsi keçiriləcək
Tacikistanın Konstitusiya Məhkəməsi prezident Emoməli Rəhmonun ömürlük dövlət başçısı olması ilə bağlı ölkə parlamentinin Konstitusiyaya etdiyi düzəlişləri təsdiqləyib. Bu isə o deməkdir ki, ötən ilin sonunda “Sülhün və milli bərabərliyin banisi - Millətin Lideri” statusu alan Emoməli Rəhmon istədiyi qədər prezident seçilə bilər.
Bu haqda 1news.az AZƏRTAC-a istinadla xəbər verir.
Bundan sonra Konstitusiya Məhkəməsi 15 gün ərzində referendumun keçirilməsinin vaxtını açıqlayacaq və düzəlişlər ümumxalq səsverməsi yolu ilə qəbul ediləcək. Yeni düzəlişə görə, prezidentliyə namizədin yaş senzi 35-dən 30-a endirilib.
Konstitusiyaya edilən əlavəyə əsasən Konstitusiya Şurası ləğv olunacaq, dini xarakterli partiyanın yaradılması qadağan ediləcək.
Xatırladaq ki, Tacikistan prezidentinin indiki səlahiyyət müddəti 2020-ci ildə başa çatır.
1news.az