Cəlilabadda əmək yarmarkası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda əmək yarmarkası keçirilib

19:52 - 06 / 02 / 2016
Cəlilabadda əmək yarmarkası keçirilib

Cəlilabad Rayon Təhsil İşçiləri Evində növbəti əmək yarmarkası keçirilib.

Cəlilabad Rayon İcra Hakimiyyəti və Rayon Məşğulluq Mərkəzinin birgə təşkil etdiyi yarmarkaya rayonun 35 müəssisə və təşkilatından 600 vakant iş yeri çıxarılıb.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, dünyada hökm sürən iqtisadi böhran Azərbaycana da mənfi təsirini göstərib. Prezident İlham Əliyevin həyata keçirdiyi antiböhran tədbirləri Cəlilabadda əhali tərəfindən razılıqla, nikbin əhval-ruhiyyə ilə qarşılanır.

Ə.Əzizov qeyd edib ki, dövlətimizin başçısı süni qiymət artımının qarşısını qətiyyətlə almaq üçün təxirəsalınmaz tədbirlər görür, bu məqsədlə fərman və sərəncamlar imzalayır.

Boş qalmış əkinəyararlı torpaq sahələrinin birləşdirilərək iri fermer təsərrüfatlarının yaradılmasının, kəndlərdə mövcud potensialın hərəkətə gətirilməsinin, ondan düzgün istifadənin vacibliyini qeyd edən icra hakimiyyətinin başçısı, rayonda əməktutumlu sahələrin inkişaf etdirilməsinin yerli əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyəti olacağını diqqətə çatdırıb.

Rayon ağsaqqalları və ziyalıları çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini, onun həyata keçirdiyi antiböhran tədbirlərini hamılıqla dəstəklədiklərini bildiriblər.

Əmək yarmarkasına çıxarılan boş iş yerləri üçün minimum əməkhaqqı 150 manat, maksimum əməkhaqqı isə 450 manat təşkil edib.

Yarmarkada 395 nəfərə müvafiq iş yerlərinə göndəriş verilib, 21 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.

Paylaş:
655

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər