“Zirə” “Sumqayıt”dan, “Qarabağ” isə “Xəzər Lənkəran”dan güclü olub | 1news.az | Xəbərlər
Futbol

“Zirə” “Sumqayıt”dan, “Qarabağ” isə “Xəzər Lənkəran”dan güclü olub

19:59 - 06 / 02 / 2016
“Zirə” “Sumqayıt”dan, “Qarabağ” isə “Xəzər Lənkəran”dan güclü olub

Fevralın 6-da Azərbaycan Premyer Liqasının XX turunun daha iki qarşılaşması baş tutub.

İlk oyun Sumqayıtda eyniadlı klubla “Zirə” arasında keçirilib. “Sumqayıt” üç oyunluq qələbəsizlik seriyasına son verə bilməyib. Əvəzində Adil Şükürovun yetirmələri hazırda qərarlaşdıqları ikinci pilləni qorumaq üçün qarşılaşmadan üç xalla ayrılıb - 0:2. Qonaqların heyətində 4-cü dəqiqədə Nelson Bonilla, ikinci hissənin əlavə edilmiş ikinci dəqiqəsində isə Rəşad Abdullayev fərqləniblər.

Günün ikinci matçında isə son çempion “Qarabağ”la “Xəzər Lənkəran” üz-üzə gəlib. Ağdam təmsilçisi bu turadək dörd oyunda qələbə qazana bilməmişdi. Qurban Qurbanovun yetirmələri “Xəzər Lənkəran”ın qapısından üç cavabsız top keçirərək qələbə qazanıblar. Hər üç qol ikinci yarıya təsadüf edib. 71-ci dəqiqədə Dani cərimə zəribəsindən topu tora göndərib. 88-ci dəqiqədə Riçard Almeyda 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Oyunun əsas vaxtına artırılan ikinci dəqiqədə isə Samuel Armenteros komandasının sonuncu qolunu rəsmiləşdirib.

Beləliklə, “Qarabağ” turnir cədvəlində xallarının sayını 41-ə çatdırıb. “Xəzər Lənkəran” isə 13 xalla doqquzuncu sırada yerini qoruyub.

Tura fevralın 7-də oynanılacaq daha iki görüşlə yekun vurulacaq.

Paylaş:
961

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər