Dəmir yolunda qiymətləri dövlət tənzimləməyəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dəmir yolunda qiymətləri dövlət tənzimləməyəcək

11:49 - 07 / 02 / 2016
Dəmir yolunda qiymətləri dövlət tənzimləməyəcək

"Nazirlər Kabinetinin respublika ərazisində dəmir yolunda yük və sərnişin daşıma ilə bağlı qiymətlərin dövlət tərəfindən tənzimlənən qiymətlər siyahısından çıxarması ilə bağlı verdiyi qərar dəmir yolu tariflərində qiymətlərin qalxacağı kimi başa düşülməməlidir". 

Bu barədə ANS PRESS-ə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC)mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. Onun sözlərinə görə, bundan sonra qiymətlər Tarif Şurası tərəfindən yox, QSC tərəfindən müəyyən ediləcək:

"Bizim idarə tərəfindən daşınma qiymətləri qaldırıla da bilər, ucuzlaşdırıla da. Biz sənədlə birinci gün tanış olacağıq və müvafiq qurumlarla bu mövzunu müzakirə edəcəyik. Yalnız bundan sonra ətaflı məlumat vermək olar. Ancaq onu deyə bilərəm ki, qiyməti tənzimləmə səlahiyyətinin bizim quruma verilməsi qurum tərəfindən süni qiymət artımına səbəb olmayacaq".

Nadir Əzməmmədov deyir ki, hazırki dövrdə qurumlar tərəfindən qiymətlərin stabil qalması üçün işlər aparılır:

"Qiymət dəyişməsini zaman müəyyənləşdirir. Qiymət müəyyənləşdirmə bir az uzun prosesdir. Pambıq daşınması üçün qiymətlər ayrı, taxıl daşınması üçün ayrı, dəmir daşınması üçün başqadır. Ona görə də bunları ayrı-ayrı dəyərləndirmək lazımdır", -deyə mətbuat katibi bildirdi.

Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib. Dəyişiklik respublika ərazisində dəmir yolunda yük və sərnişin daşıma ilə bağlıdır. Qurum, respublika ərazisində dəmir yolunda yük və sərnişin daşıma ilə bağlı qiymətləri dövlət tərəfindən tənzimlənən qiymətlərin siyahısından çıxarıb. 

1news.az

Paylaş:
845

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər