“Unicapital İnvestisiya şirkəti” bir ilkə imza atdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Unicapital İnvestisiya şirkəti” bir ilkə imza atdı

17:30 - 08 / 02 / 2016
“Unicapital İnvestisiya şirkəti” bir ilkə imza atdı

“Unicapital İnvestisiya  şirkəti” Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının satışı üzrə anderrayteri oldu.

Qeyd edək ki, Maliyyə Nazirliyi ümumi həcmi 500 milyon ABŞ dolları və 400 milyon manat məbləğində dövlət qeydiyyatından keçmiş emissiya prospektlərinə uyğun olaraq bu ilin sonunadək dövlət istiqrazları üzrə mütəmadi olaraq hərraclarını keçirəcək. Bütün bu  hərraclarda anderrayter qismində “Unicapital İnvestisiya  şirkəti” iştirak edəcək.

Artıq  dövlət istiqrazlarının bu emissiya üzrə ilk hərracı keçirilib. 5 fevral tarixində Maliyyə Nazirliyinin “Bakı Fond Birjası” QSC-də hərraca çıxartdığı manat və ABŞ dollarında olan dövlət istiqrazları Unicapital İnvestisiya şirkəti” tərəfindən yerləşdilirib.

“Unicapital İnvestisiya  şirkəti” qiymətli kağızlar bazarında dövlət qiymətli kağızlarının yerlədirilməsi üzrə eyni vaxtda 4 istiqamətdə xidmət göstərib. Bu xidmət  müxtəlif ödəmə müddətinə malik həm manat, həm də  dollarda olan dövlət istiqrazlarının yerləşdirilməsini nəzərdə tutur.

Ümumi həcmi 12 milyon ABŞ dolları olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq 2.77% və 3.02% gəlirlilik dərəcəsi ilə“Unicapital İnvestisiya  şirkəti” tərəfindən yerləşdirilib. Eyni zamanda ümumi həcmi 20 milyon manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq 7.79% və 8.8% gəlirlilik dərəcəsi ilə “Unicapital İnvestisiya  şirkəti” tərəfindən yerləşdirilib.

“Unicapital İnvestisiya  şirkəti” dövlət istiqrazlarının alınması istiqamətində hüquqi və fiziki şəxslərə, eləcə də qeyri-rezidentlərə geniş xidmət təklif edir.

Nizamnamə kapitalı 100%-lik “Unibank”a məxsus olan “Unicapital İnvestisiya Şirkəti”, qiymətli kağızlar bazarında lider mövqeyini daha da artıracaq. Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan “Unicapital İnvestisiya Şirkəti”, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir.

Uzun illərə dayanan uğurlu bazar təcrübəsi sayəsində  “Unicapital İnvestisiya Şirkəti” istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün uğurlu tərəfdaşdır. İnvestisiya Şirkəti şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir.

Hazırda  “Unicapital İnvestisiya Şirkəti”nin  nizamnamə kapitalı 300.000 manat təşkil edir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan,  Bankın saytından  (www.unibank.az) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

Paylaş:
758

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər