“Ana hansıdır?” sualı sosial şəbəkəni bir-birinə vurdu
ABŞ-da lisey tələbəsinin sosial şəbəkədə şəxsi albomundan paylaşdığı şəkil istifadəçilər tərəfindən çaşqınlığa səbəb olub. Belə ki, paylaşılan şəkildə kimin ana, kimin isə övlad olması anlaşılmır.
1news.az-ın RADİKAL saytına istinadla verdiyi xəbərə görə, Kaylan Mahomes adlı lisey tələbəsi Twitter hesabında “Anam, əkiz bacım və mən” başlıqlı paylaşdığı foto sosial mediada qarışıqlığa səbəb olub.
Paylaşılan fotodakı üç nəfər bir-birinə olduqca bənzəyir və hər üçü də çox gəncdir. Bu səbəbdən paylaşım 19 mindən çox tweet-ə səbəb olub.
CNN-də yer alan bu xəbərə görə isə, istifadəçilər Afrika-Amerika əsilli qadınların üzlərinin gec yaşlanması səbəbindən bu şəkili #blackdontcrack heşteqi ilə də paylaşılıb. Hətta şəkilin virus olması da yazılıb.
Lakin sonda sualın cavabı aşağıdakı şəkildə açılıb. “Soldakı anam, ortadakı Kayli və sağdakı Kaylandır”.
1news.az