“Qüsursuz gələcək” layihəsinin açılışı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qüsursuz gələcək” layihəsinin açılışı olub

13:19 - 09 / 02 / 2016
“Qüsursuz gələcək” layihəsinin açılışı olub

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) baş ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VII qrant müsabiqənin qalibi olmuş “Qüsursuz gələcək” adlı layihənin açılışı olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbər görə, YAP GB ofisinin koordinatoru Fərid Nəsibov bu mövzunun gənclər üçün maraqlı olduğunu deyib. Bu nöqteyi-nəzərdən “Qüsursuz gələcək” layihəsinin aktuallığını qeyd edib.

Sonra layihənin rəhbəri Yeganə Qasımova “Qüsursuz gələcək” haqqında məlumat verib. Tədbirdə layihə iştirakçılarının sualları cavablandırılıb.

1news.az

Paylaş:
751

Son xəbərlər

Bütün xəbərlər